Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Teymur Əliyev təşkil etdiyi layihələrdə Xocalı məktəblilərinin təmənnasız iştirak etmələrinə şərait yaradır

0

  •         “Gəncə İntellektual School”un idarə heyətinin sədri, gənc ictimai fəal Teymur Əliyev Gəncə təhsilinin inkişafına böyük töhfələr verir. Layihə rəhbərinin təşəbbüsü ilə “Gəncə İntellektual School” tərəfindən uşaq psixologiyasının inkişafı və onların erkən yaşda uğur qazanmağın sirlərinə yiyələnməsi, özlərində inam hissinin artırılması məqsədilə müxtəlif layihələr və seminarlar təşkil edilir. 

            Teymur müəllim şagirdlərə diqqətlə yanaşır, hər biri ilə səmimi söhbətlər aparır. O, şagirdləri yeni biliklər əldə etməyə, uğurlar qazanmağa həvəsləndirməklə yanaşı, hər bir şagirdə diqqət və qayğı göstərərək, mehriban davranaraq, dostluq münasibəti yaradaraq müəllimə, böyüyə hörmət hissi aşılayır. 

            Gördüyü təqdirəlayiq işlərlə cəmiyyət arasında böyük nüfuz qazanan Teymur müəllim xeyirxah işləri ilə də ürəkləri fəth edir. Teymur Əliyev bir çox şagirdlərə təmənnasız kömək edir, bilik yarışlarında və müxtəlif mövzulu seminarlarda iştirak etməsinə şəarit yaradır. 

            Mənim Teymur müəllimin fəaliyyəti ilə əvvəllər qiyabi tanışlığım var idi. Vətənpərvər gənclə həmsöhbət olarkən onun haqqında təsəvvürlərimdə yanılmadığımı gördüm. Teymur müəllim ondan təşkil etdiyi layihələrdə Xocalı məktəblilərinin iştirak etməsinə kömək etməsi xahişimi müsbət cavablandırdı. 

            Noyabr ayında Azərbaycan Texnologiya Universiteti və "Gəncə Intellectual School"un təşkilatçılığı ilə şagirdlər üçün təşkil olunmuş “Qarabağ Azərbaycandır!” adlı bilik yarışında və Liderlər Məktəbində Xocalı rayon Kosalar, Yaloba və Əli Kərim adına Başkənd kənd tam orta məktəblərinin şagirdləri iştirak etdilər. “Qarabağ Azərbaycandır!” adlı bilik yarışında Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin III sinif şagirdi Hümbətova Aynişan Şahsuvar qızı yüksək nəticə əldə etdiyinə görə diploma layiq görüldü. Liderlər Məktəbində iştirakına görə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin III sinif şagirdləri, Əzimov Hüsü Əlzamin oğlu, Quliyeva Nuray Qalib qızı və V sinif şagirdi Quluzadə Fidan Fuad qızı 3G holoqramlı diplomla təltif edildilər.  

           Valideyn Şahsuvar Hümbətov: Şagirdlərin kiçik yaşlarında bilik yarışlarında iştirak etməsi onların intellektual bilik səviyyəsinin, bacarıq və dünyagörüşünün artmasına müsbət edir. Mən bir valideyn kimi Teymur müəllimə təşəkkür edirəm ki, qızımın bilik yarışında  rüsumsuz iştirak etməsinə şərait yaratdı. 

            Şagird Fidan Quluzadə: Liderlər Məktəbində keçirilən təlimlər mənim gələcəkdə uğurlar əldə etməyimə kömək olacaq. Bizə təlim keçən müəllimlərə təşəkkür edirəm. 

            Teymur Əliyev kimi gənc yaşlarından böyük hörmətə, yaxşı ada sahib olmaq hər kəsə nəsib olmur. Şübhəsiz ki, Teymur müəllimin əziyyətlərindən bəhrələnən şagirdlər gələcəkdə Vətənimiz üçün layiqli övladlar kimi yetişəcəklər. Gələcəyimizin təminatçısı olan şagirdlərimiz aldıqları yüksək təhsillə, faydalı işləri ilə Teymur müəllimin mənəvi haqqını qaytarmış olacaqlar.

            Müraciətimi müsbət cavablandırdığı üçün mən də öz növbəmdə Teymur müəllimə minnətdarlıq edir, ona işlərində müvəffəqiyyətlər arzulayıram. 

    Qalib BƏYMƏMMƏDOĞLU,

    "Xocalının səsi" qəzetinin redaktoru


































            

             

            







    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib53 dəfə
    Teymur Əliyev təşkil etdiyi layihələrdə Xocalı məktəblilərinin təmənnasız iştirak etmələrinə şərait yaradır

    Maraqlı gələ bilər
    52
    81